lider-media.az

Milli Observatoriya Asiya-Sakit Okean regionu üzrə beynəlxalq müsabiqədə mükafata layiq görülüb

Baxış: 178 Tarix: 24-04-2025, 12:16

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu “Asiya Mükafatı” (“Asia Awards”) beynəlxalq qiymətləndirmə müsabiqəsində  “Asiyanın əmək bazarı üzrə ən yaxşı təşkilatı” mükafatına layiq görülüb.

 Milli Observatoriyanın əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi və tədqiqat nəticələrini əhatə edən fəaliyyəti və əldə etdiyi nailiyyətləri müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Qurumun adı qaliblər sırasına daxil edilib.

 (https://www.asiaawards.org/news/national-observatory-on-labour-market-and-social-protection-affairs-has-bagged-asia's-best-organization-award-for-labour-market-affairs)

 Müsabiqədə Azərbaycanla yanaşı, Avstraliya, Sinqapur, Cənubi Afrika, Braziliya və digər  ölkələrdən 50-dən çox layihə iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi