lider-media.az

Qarabağ və Şərqi Zəngəzurda aktiv məşğulluq proqramları getdikcə genişlənir

Baxış: 130 Tarix: 23-04-2025, 20:13

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub.Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, SOCAR, TƏBİB, “Euroline” QSC, “Elta Development” QSC və “Safe Point” QSC-nin nümayəndələri iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı Nazirliyin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir. Nazir müavini işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində bu istiqamətdə icra olunan proqramların getdikcə genişləndiyini vurğulayıb.

İşğaldan azad olunan bölgələrdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olması sahəsində görülmüş işlərdən bəhs olunub. Bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması üçün əməkdaşlıq şəraitində görüləcək birgə işlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi