lider-media.az

Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub

Baxış: 16 Tarix: 26-02-2025, 09:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.  

Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin, SOCAR, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, “Tikinti İşlərinə Texniki Nəzarət Xidməti” MMC və “AS İnşaat” MMC-nin nümayəndələri iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işləri, işğaldan azad edilmiş ərazilərimizdə icra olunan məşğulluq proqramlarının mütəmadi olaraq genişləndirildiyini qeyd edib. O, məşğulluq proqramlarının uğurlu icrasında, həmin ərazilərdə məşğulluq səviyyəsinin artırılmasında işəgötürənlərlə fəal əməkdaşlığın önəmini diqqətə  çatdırıb. 

Qeyd olunan ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə görülən işlərin nəticələri, bu istiqamətdə onlarla birgə görüləcək işlər, qarşıda duran vəzifələr müzakirə olunub.

Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində  işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub

 Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində  işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub

Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində  işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub
Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində  işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub
Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində  işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub
Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində  işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub
Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində  işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi