lider-media.az

Zəngilan və Cəbrayıl sakinlərinə kənd təsərrüfatı dronlarından istifadəyə dair onlayn təlimlər keçirilir

Baxış: 137 Tarix: 23-04-2025, 17:23

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahədə innovasiyaların təbliği və təşviqi istiqamətində növbəti layihə həyata keçirilir. Layihə çərçivəsində Zəngilan və Cəbrayıl rayonlarının sakinləri üçün aqrar sahədə tətbiq olunan pilotsuz uçuş aparatlarının idarə edilməsinə dair onlayn təlimlərə start verilib.Türkiyə Respublikasının “Sapmaz Havacılık və İleri Texnolojiler” şirkətinin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə kənd təsərrüfatı dronlarının spesifikası və istifadə qaydaları öyrədilir.Təlim iştirakçıları Zəngilan rayonunda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində sahələrə çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə praktiki təcrübə keçəcəklər.

Təlimlərdə iştirak etmiş şəxslərə Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikat və dronların idareedilməsi üzrə sürücülük vəsiqəsi veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi