lider-media.az

Dövlət Komitəsinin sədri Oğuz rayonunda vətəndaşların müraciətlərini dinləyib

Baxış: 203 Tarix: 23-04-2025, 17:14

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 23-də Oğuz rayonunda vətəndaşların müraciətlərini dinləyib.Dövlət Komitəsindənbildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. Qəbul zamanı Şəki şəhəri, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, müqəddəs kitabları (“Qurani-Kərim”) öyrənmə kurslarının yaradılması üçün icazənin alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi