lider-media.az

Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb

Baxış: 165 Tarix: 23-04-2025, 16:42

Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb.Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hesabatda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Kommersiya Məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi üzrə müflisləşmə sahəsində mübahisələrə dair statistika əks olunub. Portalın "Məhkəmə statistikası" bölməsində yerləşdirilən məlumatlar hər il yenilənir və istifadəçilərə açıq şəkildə təqdim edilir. Hesabatla linkə keçid edərək tanış olmaq mümkündür. Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi