lider-media.az

Ərdoğanın oğlundan - "Türkiyə lideri olmaq ehtimalını nəzərdən keçirmisinizmi?" sualına - Cavab

Baxış: 183 Tarix: 22-04-2025, 10:01

Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan siyasi ambisiyalarının olmadığını bildirib.

O, bu barədə TASS-a müsahibəsində danışıb.

Jurnalistin “Nə vaxtsa Türkiyə lideri olmaq ehtimalını nəzərdən keçirmisinizmi? Bu xüsusda hansısa siyasi ambisiyalarınız varmı?” sualına cavab verən B.Ərdoğan deyib: “Siyasi ambisiyalarım yoxdur. Bu barədə mənə tez-tez sual ünvanlayırlar, lakin qeyri-hökumət sektorunda qalmaq, vətəndaş cəmiyyəti ilə işləmək istəyirəm”.

Onun sözlərinə görə, vaxtının çoxunu təhsil layihələrinə - məktəb, universitet, təqaüd proqramları və akademik mükafatlara həsr edir: “Öz arzularını reallaşdıra bilmələri üçün ən istedadlı və parlaq gəncləri dəstəkləyirəm. Həmçinin mədəniyyətin dirçəldilməsi, irsin qorunub saxlanılması üzərində işləyirəm. Həyatımı məhz buna həsr etmək istəyərdim”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi