lider-media.az

“Məzunların məşğulluq reytinqi” platforması Sinqapurda keçirilən müsabiqədə qalib seçilib

Baxış: 468 Tarix: 22-04-2025, 11:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” platforması Sinqapurda keçirilən “World Business Outlook Awards” müsabiqəsində yüksək qiymət alıb.

Bu platforma müsabiqənin “Məşğulluq Xidmətlərində Ən Yaxşı Texnoloji İnnovasiya” kateqoriyası üzrə qalib seçilib. Müsabiqədə Dövlət Məşğulluq Agentliyi ilə  yanaşı, ABŞ, Braziliya, Çin, Hindistan, Özbəkistan, Qırğızıstan, Yunanıstan və digərləri daxil olmaqla 50-dən çox ölkədən qurumlar iştirak edib. Bu mükafat biznes, texnologiya, innovasiya, təhsil, nəqliyyat və digər sahələrdə mühüm töhfələr vermiş təşkilat və fərdlərin nailiyyətlərini təqdir etmək məqsədi daşıyır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi