lider-media.az

“Məzunların məşğulluq reytinqi” e-platforması ABŞ-də yerləşən “World Future Awards” beynəlxalq proqramının mükafatına layiq görüldü

Baxış: 208 Tarix: 6-02-2025, 12:04

“Məzunların məşğulluq reytinqi” e-platforması ABŞ-də yerləşən “World Future  Awards” beynəlxalq proqramının mükafatına layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” platforması ABŞ-də yerləşən “World Future Awards” beynəlxalq proqramının “World Future Awards 2024” beynəlxalq müsabiqəsində iştirak edib. Beynəlxalq münsiflər tərəfindən platformanın imkanları, təqdim etdiyi analitik məlumatlar, abituriyentlər və Universitetlər, onların məzunları üçün yaratdığı imkanlar yüksək qiymətləndirilib. Beləliklə, “Məzunların məşğulluq reytinqi” platforması “Texnologiya” kateqoriyasında mükafata layiq görülüb. 

“World Future Awards” beynəlxalq proqramı texnologiya, innovasiya, süni intellekt və digər sahələrdə mühüm nailiyyətlərin qlobal miqyasda tanınmalarını təmin edir. 

“Məzunların Məşğulluq Reytinqi” platformasının hazırlanmasında məqsəd abituriyentlərin ali təhsil müəssisələri məzunlarının məşğulluq imkanlarına dair məlumatlılığının təmin edilməsi və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır.

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi