lider-media.az

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNƏCƏK

Baxış: 170 Tarix: 22-04-2025, 10:49

Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-hay hiylə və fitnələri” mövzusunda konfrans keçirilir. Konfrans Ümumdünya Kitab və Müəlliflik Gününə həsr edilib.

Konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, bu tədbirin keçirilməsində məqsəd xüsusən əqli mülkiyyətə, kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.

Agentliyin sədri bildirib ki, 9 ildir ənənəyə çevrilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” devizi ilə keçirilən və hər il “və ya” sözləri ilə yeniləşən bu konfrans böyük maraqla qarşılanır və ictimai rəydə öz yerini tutur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi