lider-media.az

Ədliyyə Nazirliyi yanında İctimai şuranın 7 nəfərdən ibarət yeni tərkibi seçilib

Baxış: 15 Tarix: 22-04-2025, 10:20

Aprelin 21-də Ədliyyə Nazirliyi yanında İctimai şura üzvlüyünə seçki keçirilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, seçkinin təşkili məqsədilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və seçkinin keçiriləcəyi ilə bağlı elan verilib. İctimai şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutlarından 10 nəfərin namizədliyi təsdiq edilib.


Vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə keçirilən seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin və müşahidəçilərin iştirakı ilə hesablanıb. Səsvermədə namizədliyi qeydə alınmış 10 nəfərdən ən çox səs toplamış 7 nəfər İctimai şuraya üzv seçilib.


Beləliklə, Ədliyyə Nazirliyi yanında İctimai şuranın tərkibi aşağıdakı kimi formalaşıb:


1.         Bənənyarlı Səadət İzzət qızı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai birliyinin sədri


2.         Cəfərova Novella Cəfər qızı - “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai birliyinin sədri


3.         Əliyev Əmir İbrahim oğlu - “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai birliyinin sədri


4.         Əsgərova Mətanət Paşa qızı - Azərbaycan Dillər Universitetinin Beynəlxalq  münasibətlər kafedrasının, Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının professoru, hüquq elmləri doktoru


5.         İsmayılov Xəyyam Cəbrayıl oğlu - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru


6.         Qənizadə Çingiz Aşralı oğlu - “Demokratiya və İnsan Hüquqları Komitəsi” İctimai birliyinin sədri


7.         Qocamanlı Səltənət Məmməd qızı - “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai birliyinin sədri


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şuranın səlahiyyət müddəti iki ildir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi