lider-media.az

"PowerChina Group" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Baxış: 321 Tarix: 21-04-2025, 22:17

"PowerChina Group" şirkəti ilə enerji əməkdaşlığı və bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb. Görüşdə bildirilib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir.

Tərəflər "PowerChina Group" şirkəti ilə əməkdaşlıq, enerji sektoruna sərmayələrin cəlb olunması və bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi