lider-media.az

Müdafiə nazirinin müavinləri Qətərə səfər edib

Baxış: 136 Tarix: 21-04-2025, 15:34

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə Qətərdə rəsmi səfərdə olublar.
Əvvəlcə nümayəndə heyəti Al Udeid Aviabazasında Qətər Silahlı Qüvvələrinin Hərbi Aviasiya akademiyasını ziyarət edərək burada yaradılmış şərait və tədris prosesi ilə tanış olublar.
Daha sonra Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Əl-Tani Qətərdə səfərdə olan Baş direktor cənab A.Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, hər iki dövlət arasında mövcud olan əməkdaşlığın vəziyyəti  və inkişaf etdirilməsi imkanları müzakirə edilib.
Görüşdə HHQ-nin komandanı general-leytenant N.İslamzadə, eləcə də hər iki tərəfdən bir sıra yüksək rütbəli zabitlər və rəsmi şəxslər iştirak ediblər.
Daha sonra Qətərin "Barzan Holdings" şirkətində olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin holdinqin rəhbərliyi arasında keçirilən görüşdə hərbi texniki sahədə əməkdaşlığın perspektivlərindən danışılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi