lider-media.az

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Baxış: 209 Tarix: 18-04-2024, 00:28

Lider-media.az xəbər verir ki, qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Mərkəz haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Bildirilib ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərin fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Qonaqlar Ulu Öndərin Azərbaycana rəhbər olduğu dövrlərdə - 1969-cu ildən 2003-cü ilədək rəsmi istifadəsində olan avtomobillərə baxıblar.

Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqların böyük marağına səbəb olub.

“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Qeyd olunub ki, bu guşədə Azərbaycan milli geyimləri, qədim sikkələr də nümayiş etdirilir.

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycanın qədim musiqi alətləri ilə də tanış olub.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi