lider-media.az

İsveçrənin ölkəmizdəki səfiri Lənkəranda olub

Baxış: 49 Tarix: 20-04-2025, 19:15

Aprelin 18-də İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Tomas Ştəlin Lənkəran rayonuna səfər edib.  İsveçrəli diplomat Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb.

İcra başçısı İsveçrə səfirinə Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, turizm potensialı, ictimai-siyasi həyatı və sosial-iqtisadi potensialı barədə ətraflı məlumat verib, xarici diplomatla rayonun İsveçrə ilə qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığının perspektivləri barədə müzakirələr aparıb, qarşılıqlı maraq doğuran sualları cavablandırıb.

Tomas Ştəlin səmimi qəbula görə icra başçısına təşəkkür edib, Azərbaycan iqtisadiyyatının inkişafında İsveçrə şirkətlərinin fəal iştirakına toxunub, onların ölkəmizdə makro-iqtisadi sahədə, eləcə də maliyyə və özəl sektorların inkişafındakı fəaliyyətlərindən danışıb, Lənkəranın turizm potensialının yüksək olduğunu qeyd edib.

 Qeyd edək ki, isveçrəli diplomat  səfər çərçivəsində “Laran” MMC Qənnadı məhsullarının istehsalı müəssisəsini, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini və "Azərxalça" ASC-nin Lənkəran filialını ziyarət edib. Daha sonra Heydər Əliyev Mərkəzində Lənkəranın turizm, tarix və mədəni irsini özündə əks etdirən sərgi, Hirkan və Qızılağac Milli parklarının stendləri ilə tanış olub, Lənkəran ŞİH başçısı Taleh Qaraşov və rayon ictimaiyyəti ilə birgə ölkəmizdə keçirilən "İsveçrə Film Günləri" çərçivəsində “Tale Məhkumları” adlı sənədli filmi izləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi