lider-media.az

Ceyhun Bayramov Mövlud Çavuşoğluya başsağlığı vermək üçün Alanyaya gedib

Baxış: 163 Tarix: 19-04-2025, 23:54

image

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin millət vəkili, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun atasının vəfatı ilə bağlı ailəsini ziyarət edib. Bayramov Çavuşoğlu ailəsinə başsağlığı vermək üçün bu gün Alanyaya gəlib.

Siyasətçinin ailəsini ziyarət etmək üçün Türkiyənin mədəniyyət naziri Mehmet Ersoy da daxil olmaqla bir çox rəsmilər, millət vəkilləri və dövlət qulluqçuları gəlib. Səfərdən sonra Ceyhun Bayramov yerli mediaya açıqlamasında Alanyaya çoxdankı dostu və qardaşı Mövlud Çavuşoğlunun dərdini bölüşmək üçün gəldiyini söyləyib. "Allah Osman Çavuşoğluya rəhmət eləsin, ailəsinə başsağlığı veririk. Azərbaycanda hamı Mövlud Çavuşoğlunu sevir və ona hörmət edir, o, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına hər zaman xüsusi önəm verib. Bu gün burada bütün Azərbaycan xalqı adından başsağlığı veririk", - nazir deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi