lider-media.az

Şəkidə “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda regional müşavirə keçirilib

Baxış: 156 Tarix: 18-04-2025, 20:19

Aprelin 18-də Şəki şəhərində “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda regional müşavirə keçirilib.

Müşavirədə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Fövqəladə Hallar Nazirliyinin baş yanğın tənlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, FHN-in Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun rəsmiləri, Mərkəzin əhatə etdiyi rayon icra hakimiyyəti başçılarının müavinləri və digər aidiyyəti strukturların nümayəndələri iştirak ediblər.

Müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması və əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Müşavirədə yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Bildirilib ki, ətraf mühitin ayrılmaz hissəsi olan meşələrin mühafizəsi və inkişafı iqlim dəyişmələrinə qarşı vacib mübarizə tədbirlərindən biridir. Əhali arasında ekoloji maarifləndirmə tədbirlərinin genişləndirilməsinin, meşə və əkin sahələri ətrafında mineral zolaqların salınmasının, yanğınların söndürülməsi üçün sututarların yaradılmasının əhəmiyyəti vurğulanıb.

Müşavirədə qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi xüsusi qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi