lider-media.az

Müdafiə Nazirliyində dövlət qurumları və QHT nümayəndələri ilə görüş keçirilib - VİDEO

Baxış: 146 Tarix: 18-04-2025, 16:06

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində bir sıra dövlət qurumları və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü və ölkəmizin suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası haqqında zəruri məlumatlar verilib. Qeyd olunub ki, ordu quruculuğunda aparılan islahatların tərkib hissəsi kimi, strateji kommunikasiya sahəsi də dövrün tələbləri və müasir yeniliklər çərçivəsində inkişaf etdirilir.
Daha sonra tədbir iştirakçılarına “Dövlət qurumları və QHT-lərlə iş”, “Media məkanında dövlət sirrinin mühafizəsi”, “Vətəndaşların müraciətləri ilə iş” və digər mövzularda brifinqlər təqdim edilib. Tədbirdə, həmçinin Azərbaycan Ordusunda hərbi təhsil sahəsində görülən işlərdən danışılıb, Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri  və qəbul qaydaları ilə bağlı geniş məlumat verilib.
Tədbirin sonunda ətraflı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi