lider-media.az

Pezeşkianın Azərbaycana səfər TARİXİ

Baxış: 230 Tarix: 18-04-2025, 14:12

Pezeşkianın Azərbaycana səfər TARİXİ

İran Prezidenti Məsud Pezeşkianin Azərbaycana nə vaxt səfər edəcəyi məlum olub. İran KİV-ə istinadən xəbər verir ki, o, aprelin 28-də Bakıya gələcək.

Məlumatı İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzi açıqlayıb.Onun sözlərinə görə, Pezeşkianin səfərindən əvvəl Bakıya İrandan 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.atırladaq ki, martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.Telefon danışığı zamanı Pezeşkian Azərbaycan Respublikasına qarşıdakı səfəri barədə də danışıb. “Ümid edirəm ki, bu səfər zamanı iki qonşu xalq arasında münasibətlərin, eləcə də dostluq və qardaşlığın inkişafı və möhkəmləndirilməsinə yönəlmiş səmərəli və uğurlu məsləhətləşmələr apara bilərik”, - Pezeşkian qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi