lider-media.az

Özbəkistanla iqtisadi-ticarət əməkdaşlığı müzakirə olunub

Baxış: 151 Tarix: 17-04-2025, 20:33

Özbəkistanla qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin icrası və biznes tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla videokonfrans formatında görüşüb.

Görüşdə dost Özbəkistanla ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin xüsusi rolu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında investisiya qoyuluşu, Azərbaycanın sənaye zonaları, xüsusilə də Qarabağda qida və sənaye üzrə birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial var. Bu imkanların reallaşdırılması istiqamətində işlər davam etdirilir.

Tərəflər Azərbaycan - Özbəkistan iqtisadi əlaqələrinin intensiv inkişafını məmnunluqla qeyd edərək, sərmayələr sahəsində əməkdaşlığın inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüblər.

Görüş çərçivəsində Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib. İclasda qarşılıqlı investisiyaların təşviqi və biznes tərəfdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi