Lider-media.az KİV-ə istinadla xəbər verir ki, tədbir şəhidlərimizin ruhuna 1 dəqiqəlik sükut və hər iki ölkənin dövlət himnləri ilə açılıb.
Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgen çıxışında XX əsrdə ermənilər tərəfindən türklərə qarşı törədilmiş zülmlər mövzusuna çox toxunulmadığını ifadə edərək, ermənilərin bu qanlı fəaliyyətinin arxasında “Böyük Ermənistan” yaratmaq niyyətinin durduğunu qeyd edib.
Cənubi Qafqazda və Anadoluda ortaya çıxan kütləvi məzarların bu qətliamlara işıq tutduğunu bildirən Özgen dünyada Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş ikili standartlara da toxunub.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışında ermənilərin tarixən müxtəlif imperialist güclər tərəfindən türklərə qarşı soyqırımlara təşviq edildiyini qeyd edib. Qondarma “erməni soyqırımı” mövzusuna toxunan səfir, hazırda da ermənilərin türklərə qarşı istifadə olunmağa davam edildiyini qeyd edib. Səfir Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesindən də danışaraq Azərbaycanın dayanıqlı sülh üçün təşəbbüs irəli sürdüyünü, bunun üçün də gərəkli şərtlərin yerinə yetirilməsinin zəruri olduğunu ifadə edib.
Professor Hikmət Özdəmirin moderatorluğu ilə baş tutan paneldə Milli Müdafiə Universitetinin dekanı professor İbrahim Ethem Atnur, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl, Yıldız Texnik Universitetinin professoru Mehmet Akif Okur və Bayburt Universitetinin dosenti Ramin Sadiq mövzu ilə bağlı ətraflı müzakirələr aparıblar.
Professor İbrahim Ethem Atnur silahlı erməni quldur dəstələrinin Şərqi Anadolu vilayətlərində törətdiyi faciələr haqqında tarixi sənədlərə əsasən danışıb və bu zülmlərin ermənilərin Türkiyədən toplu köçürülməsi üçün əsas olduğunu qeyd edib.
Professor Toğrul İsmayıl Cənubi Qafqazda törədilmiş qırğınlardan danışıb və XX əsr boyunca Azərbaycanda törədilmiş soyqırım və kütləvi qətliamlara, terror aktları və deportasiyalara, onların qurbanlarına dair statistikanı təqdim edib. O, çar Rusiyası tərəfindən aparılan “bölgəni türksüzləşdirmə siyasəti” barədə ətraflı məlumat verib.
Professor Mehmet Akif Okur “Beynəlxalq hüququda geri dönüş haqqı və məcburi köçürülən Azərbaycan türkləri” mövzusunda danışıb. O, XX əsrin əvvəllərinə aid Fransa arxivində olan xəritələrdə Zəngəzurun Azərbaycan torpağı olaraq göstərildiyini, yüzillik boyunca azərbaycanlı əhalinin tarixi torpaqlarından zorla qovulduğunu qeyd edib, geri dönüş hüququnun universal haqq olduğunu vurğulayıb, beynəlxaq hüquqi sənədlərə istinad edərək, Ermənistanın buna etirazının tam əsassız olduğunu səsləndirib.
Dosent Ramin Sadiq “XX əsrin əvvəllərində Azərbaycanda erməni vəhşilikləri” mövzusunda çıxışında tarixi faktlara əsaslanaraq çar Rusiyasının XIX əsrdə Cənubi Qafqazı işğal etməsi, Şərqi Anadolu və İrandan ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə danışıb, XX əsrin əvvəlində azərbaycanlılara qarşı həyata keçirilən qırğınların təməlində məhz bu siyasətin durduğunu qeyd edib.
Panelin sonunda iştirakçıların mövzu üzrə sualları cavablandırılıb.


Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezidentin müsahibəsinin TAM MƏTNİ
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?