lider-media.az

Azərbaycan və Serbiya HHQ komandanları görüşüb

Baxış: 161 Tarix: 17-04-2025, 17:31

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
HHQ-nin Mərkəzi Komanda Məntəqəsində keçirilən görüşdə qonaqları salamlayan general-leytenant N.İslamzadə onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı görülən işlərin cari vəziyyətini təhlil edib, perspektivdə duran məsələlər ətrafında geniş müzakirələr aparıblar.
Görüş başa çatdıqdan sonra Serbiyadan olan nümayəndə heyətinə müasir standartlara uyğun qurulmuş, modern idarəetmə sistemləri ilə təchiz olunmuş komanda məntəqəsinin fəaliyyət istiqaməti və qarşıda duran məqsədləri barədə ətraflı məlumat verilib.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi