lider-media.az

Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş elmi-praktiki seminar keçirilib

Baxış: 138 Tarix: 17-04-2025, 17:18

 

Aprelin 17-də Rusiya Milli Kitabxanasının təşkilatçılığı ilə Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə “Böyük Vətən müharibəsi illərində kitablar və kitabxanalar: itkilər və bərpa” mövzusunda beynəlxalq elmi-praktiki seminar keçirilib. Seminara onlayn formatda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Kitabxana xidməti üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva və Komplektləşdirmə şöbəsinin rəhbəri Gülnar Məmmədova qatılaraq “AMEA-nın Mərkəzi Elmi Kitabxanası Böyük Vətən müharibəsi dövründə (1941–1945-ci illər)” mövzusu ətrafında fikir mübadiləsi aparıblar. Seminarda müharibə dövründə dağıdılan kitabxanaların aqibəti, itirilmiş dəyərli nəşrlərin bərpası və digər əlaqəli mövzular da geniş müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi