lider-media.az

Xalq artisti Tünzalə Ağayeva ilə Samir Piriyev bir arada - VİDEO - FOTOLAR

Baxış: 112 Tarix: 17-04-2025, 09:00

Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva sevimli müğənni Samir Piriyev ilə birlikdə yeni işbirliyinə imza atıb. 

Lider-media.az xəbər verir ki, sənətçilərin “Sənin yanında” adlı duetləri işıq üzü görüb. Mahnının musiqisi bəstəkar Fərid Kərimli, sözləri isə Tural Xaniyə məxsusdur. Aranjıman Eşqin Ağayevə aiddir. 

Sözügedən əsər üçün müğənnilər kamera qarşısısına da keçiblər. Klipin rejissoru Xəyal Murtuzov, operatoru isə Fərid İsmayılovdur.

Pop ulduzun saç və makiyajını tanınmış stilist Sabir Bağırov edib. Geyim rəssamı Xalq artistinin şəxsi stilisti Şamxal Ramazanlıdır. 

Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Ekran işi estrada ulduzunun şəxsi “Youtube”səhifəsində və bütün musiqi platformalarında yayımlanıb.


Videolink: https://youtu.be/jPN8XjGzSiE?si=-SSJp-A-GAaVvAcE


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi