lider-media.az

Xalq artisti Tünzalə Ağayeva Xankəndidə

Baxış: 20 Tarix: 19-03-2025, 11:00


Xalq artisti Tünzalə Ağayeva Qarabağımızın ən zəngin və dilbər güşələrindən olan Xankəndiyə yollanıb.

Lider-media.az xəbər verir ki, buna səbəb orada keçirilən konsert proqramında iştirak idi. İlaxır çərşənbəyə həsr olunan gecədə pop ulduz bir sıra hitlərini səsləndirib.

Uşaqdan-böyüyə hər kəs sevilən müğənni ilə birlikdə bütün mahnıları əzbərə söyləyib. Tünzalə Ağayevanın çıxışı böyük coşqu, izdiham və gür alqışlarla qarşılanılıb. Xalq artistinin çıxışından sonra isə pərəstişkarlar onunla birlikdə fotolar çəkdiriblər. 

İlk dəfədir Xankəndiyə gedən estrada ulduzu sevincini bölüşüb: “İlaxır çərşənbəmiz, Novruzumuz xeyirli olsun. Novruz xeyir, bərəkət, sağlıq gətirsin. Bu, həyatımın ilk səfəri idi Xankəndiyə və məhz belə bir gündə burada səhnə almaq məni çox gürurlandırdı. Xankəndi, səni görmək ən böyük bayramdır”.

Qırmızılara bürünən estrada ulduzunun geyimi də böyük maraqla qarşılanılıb. Onun kardiqanı və ümumilikdə bütöv Novruz obrazı üzərində yerli dizaynerlər çalışıb. Özəl olaraq Xalq artisti üçün toxunulan bu üst geyim gözoxşayıb. Saç düzümü və makiyaj isə stilist Sabir Bağırova məxsusdur. 

Tədbirdən ən rəngarəng və maraqlı görüntüləri təqdim edirik:


https://youtube.com/shorts/lCdkomzDN2E?si=UxEc2oJMduR1gpC_


https://www.instagram.com/reel/DHWs5loOI_N/?igsh=MWx6bzFudGxxbHZveg==


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi