lider-media.az

PARŞ-ın iqtisadçılar birliyinin regional iclası keçirilib

Baxış: 429 Tarix: 16-04-2025, 15:54

PARŞ-ın iqtisadçılar birliyinin regional iclası  keçirilib

Aprelin 10-11-də Bosniya və Herseqovinanın Banya Luka şəhərində Pan-Avropa Regional Şurasının (PARŞ) İqtisadçılar birliyinin "Layiqli əməkhaqqı və kollektiv danışıqlar" mövzusunda regional iclası keçirilib. Serbiya Həmkarlar İttifaqının sədri Ranka Mişiç, PARŞ-nin icraçı katibi Anton Lepik və Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndəsi Maqnus Berqe çıxışlar edərək işçilərin əmək hüquqlarının effektiv müdafiəsi, layiqli əməkhaqqı ilə təmin olunması barədə fikirlərini bölüşüblər. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin müdiri Tural Süleymanov çıxış edərək ölkəmizdə həyata keçirilən sosial islahatlar, həmçinin AHİK-in bu istiqamətdə gördüyü işlər, reallaşdırdığı yeni layihələr barədə məlumat verib.

İclasda gündəliyə çıxarılan məsələlərlə bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi