lider-media.az

Yol polisi piyadalara çağırış etdi

Baxış: 241 Tarix: 16-04-2025, 12:59

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtomobil yollarının yaxınlığında yerləşən məktəb ətraflarında, eləcə də piyadaların müntəzəm hərəkət etdiyi ərazilərdə və nizamlanmamış keçidlərdə Dövlət Yol Polisi əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, əsas məqsəd – azyaşlıların və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır:

"Bu çərçivədə hərəkət iştirakçılarından – valideynlərdən, sürücülərdən və piyadalardan mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli olmaları və müəyyən olunmuş qaydalara riayət etmələri xahiş olunur. Qeyd olunan ərazilərdə təhlükəsizlik tədbirlərinə əməl olunması hər bir şəxsin həyat və sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi