lider-media.az

DSMF-yə sədr təyin olundu

Baxış: 363 Tarix: 16-04-2025, 11:47

dsmf-ye-sedr-teyin-olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə sədr təyin olunub.Bununla bağlı nazir Anar Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, Zəka Aqil oğlu Mirzəyev DSMF-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, 47 yaşlı Zəka Mirzəyev 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 

2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

Xatırladaq ki, DSMF-nin əvvəlki sədri Himalay Məmişov ötən gün Prezidentin Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi