lider-media.az

 “Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə kişi və qadın namizədlərin növbəti seçimini elan edir

Baxış: 337 Tarix: 15-04-2025, 21:23

Qatar maşinisti olmaq istəyənlərin nəzərinə! “Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə kişi və qadın namizədlərin növbəti seçimini elan edir. 
Tələblər: 
yaş - 22-30 arası;
təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı;
kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).
Namizədlər necə seçiləcək
İlkin seçim müsahibə və psixoloji testlər vasitəsilə aparılacaq. 
Uyğun namizədlər zəruri tibbi yoxlamalardan keçiriləcək.
Bütün tələblərə cavab verən namizədlər 6-7 ay davam edən nəzəri və praktik tədris prosesinə cəlb olunacaqlar.
Qeydiyyat üçün Bakı metropoliteninin “metro.gov.az”- rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsindəki anket formasını doldurmaq lazımdır. 
Ərizə formasında “işləmək istədiyiniz işin adı” xanasına “maşinist” qeydinin yazılması mütləqdir! 
Müraciət tarixi: 15 - 30 aprel 2025 
Diqqət: Ərizələr proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq xanada “maşinist” qeydi yazılmayan ərizələr “CV bankına” daxil olmur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi