lider-media.az

HDQ-nin dalğıc heyəti ilə təlim-metodiki toplanış keçirilib - VİDEO

Baxış: 143 Tarix: 15-04-2025, 14:59

Hərbi Dəniz Qüvvələrinin (HDQ) 2025-ci il üçün təsdiq edilmiş hazırlıq planına əsasən, dalğıc heyəti ilə keçirilən təlim-metodiki toplanış çərçivəsində axtarış-xilasetmə və dalğıc işləri üzrə ixtisas məşğələləri intensiv olaraq davam etdirilir.
Tibb personalı tərəfindən müayinədən keçmiş dalğıclar tapşırıqları icra etməyə buraxılıb. Heyətin işarələrlə xəbərləşmə və idarəetmə bacarıqları qənaətbəxş hesab edilib. Cari mərhələdə sualtı hərəkət vasitələri və digər axtarış üsullarından istifadə edərək batmış obyektin axtarışı, tapılması və su üzərinə qaldırılması üzrə praktiki tapşırıqlar yerinə yetirilib.
Bundan başqa, toplanış zamanı barokamerada insan orqanizminin yüksək təzyiqə uyğunlaşdırılması, qəzalı dalğıca ilk yardımın göstərilməsi üzrə nəzəri və praktiki məşğələlər yerinə yetirilib. Şəxsi heyət səthdən qidalanma üsulu ilə sualtı dalğıc işlərini həyata keçirərək nəzəri biliklərini təcrübədə tətbiq ediblər.
Qeyd edək ki, toplanışın əsas məqsədi dalğıc heyətinin ixtisas hazırlığının artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi