Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Konfederasiya sədri Sahib Məmmədov Azərbaycan həmkarlar ittifaqları ilə BƏT arasında qarşılıqlı faydalı əlaqələrdən danışıb, ölkəmizdə təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ratifikasiya olunduğunu qeyd edib.
Bildirilib ki, Konfederasiya və BƏT əməkdaşlığı çərçivəsində Azərbaycanda əmək hüquqları ilə bağlı müxtəlif mövzularda konfrans, seminar və dəyirmi masalar təşkil olunub, proqramlar hazırlanıb, layihələr həyata keçirilib.
Azərbaycanda mövcud olan işgüzar mühiti, əmək hüquqlarının daha effektiv müdafiəsinə yaradılan əlverişli şəraiti diqqətə çatdıran Konfederasiya sədri ölkəmizdə əməyin mühafizəsi, ittifaq üzvlərinin iş şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində aparılan davamlı və sistemli tədbirlərdən bəhs edib.
Görüşdə həmçinin Azərbaycan həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatlar və tətbiq olunan yeniliklər, “AHİK Könüllüləri”, “Layiqli Əmək Səfirləri” və "AHİK Plus" layihələri, eləcə də “Kurort” Turizm İnformasiya Mərkəzi haqqında BƏT nümayəndələrinə ətraflı məlumat verilib.Konfederasiya sədri əmək hüquqları, iqlim dəyişmələri və gender məsələləri ilə bağlı BƏT-lə bir sıra layihələrin nəzərdə tutulduğunu vurğulayıb.








BƏT-in Baş direktoru Jilber Hunqbo Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, rəhbəri olduğu təşkilatla AHİK-in səmərəli əməkdaşlığından, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, əlaqələrin səviyyəsini yüksək dəyərləndirib. Jilber Hunqbo BƏT-in qərar və tövsiyələrinin həmkarlar ittifaqlarının effektiv fəaliyyəti üçün önəmini qeyd edib və bu məsələlərə Konfederasiyanın daim həssas yanaşdığını bildirib.
Tərəflər əməkdaşlığın inkişafı istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.Görüşdən sonra BƏT-in Baş d irektoru Jilber Hunqbo və nümayəndə heyətinin üzvləri “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə, eləcə də yeni yaradılmış Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar.



AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
“AHİK Könüllüləri” proqramının 11 universitetdə təqdimatı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb