lider-media.az

Gürcüstan Prezidentinin Azərbaycana səfər proqramı açıqlandı

Baxış: 674 Tarix: 14-04-2025, 21:06

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da ilk rəsmi səfərini Azərbaycan Respublikasına edəcək. Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb. Bildirilib ki, səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək.

Kavelaşvilinin Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Gürcüstan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darğallı və Savalan Mirzəyev daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi