lider-media.az

Ersin Tatar Azərbaycan Prezidentinə dəstəyə görə təşəkkür edib

Baxış: 162 Tarix: 14-04-2025, 16:15

 Şimali Kiprin Prezidenti Ersin Tatar Antalyada keçirilən 4-ci Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Lider-media.az xəbər verir ki, Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin aprelin 9-da Bakıda ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə edib.

Şimali Kiprin Prezidenti deyib: “Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına böyük önəm verdiyini və qardaş dövlətlərin Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrini artırmalı olduğunu bildirib. O, Avropa İttifaqının bəzi dövlətlərlə yaxınlaşması ilə fərqli vəziyyətin yarandığını, lakin bu vəziyyətin Türk Dövlətləri Təşkilatında əlaqələrə və işlərə mane olmayacağını dilə gətirib”.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. Belə ki, rəhbərlər ŞKTC ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi məqsədilə tələbələrin və turistlərin sayının artırılması, gənclərin və investorların qarşılıqlı səfərlərinin artırılmasını müzakirə ediblər.

 

Səadət

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi