lider-media.az

Vətən müharibəsinin şəhidlərinin ilk şəhid baçısı

Baxış: 407 Tarix: 14-04-2025, 09:37

Bu gün hər bir azərbaycanlı bu adı eşidəndə qürur hissi keçirməyə bilmir- Vətən müharibəsində şəhid olan qardaşların  bir bacısı Arəstə Kərim qızı Baxışova. 1989-cu il mayın 4-də Xaçmazda anadan olub.1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən  Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə  Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" ixtisasına yiyələnib.

 Atası Kərim Baxışov Çernobıl faciəsi zamanı xilasetmə əməliyyatlarında əlil olub. Atası o qəzanın nəticəsi olan şüa xəstəliyinə qurban gedəndə Arəstənin hələ 4 yaşı var idi. Tez - tez atasının hərbi paltarına bürünərək  “mən də hərbçi olacağam” –deyirmiş.      Arəstə  2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışır. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edir. Arəstə Vətənpərvər  olmaqla yanaşı, həm də ana idi. Onu tanıyan hər kəs bilir ki, bu qadın Vətənə, torpağa olan sevgisini hər şeydən üstün tutub. İki azyaşlı övladının olmasına baxmayaraq, Vətəni çətin məqamlarda tək buraxmayıb. Vəziyyətin çətinliyindən qorxmayaraq Vətənin əsgəri olub.

 Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayanda hərbi formada evə gəlib anasına “mən könüllü cəbhəyə yazılmışam və ordumuzun yaralı əsgərlərinə köməyə gedirəm” – deyir...

 ...Və iki uşaq anası gənc qadın müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanır. Bir neçə istiqamətdə yorulmadan vəzifəsini ləyaqətlə, şərəflə icra edir. Amma ailəsinə döyüşlərin ən qızğın yerlərində olduğunu bildirmir.

 Şəhidin anası Məktubə Baxışova 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında qızının da payı olduğu üçün qürur duyur: “Arəstə cəbhədə əsgərlərimizə ana-bacı olub, onlara kömək edib. Ali Baş Komandanın dəmir iradəsi, ordumuzun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edilib, düşmənə yeri göstərilib. Arəstə də xidməti vəzifəsini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Qızım iki övladını mənə əmanət edib. Mən onun ruhu qarşısında söz verirəm ki, iki övladını Vətənə layiqli övlad kimi yetişdirəcəyəm ”.

 Arəstə övladları ilə fəxr edirdi. Bu gün isə anasının hərbi papağını qürurla başında daşıyan oğlu Mərdan və qızı Zəhra onunla fəxr edirlər. Arəstənın oğlu Mərdan Məmmədli : “Mən qəhrəman xanımın oğlu olduğum üçün fəxr edirəm və qürur duyuram. Anamı çox sevirdim. O, bizim qayğımıza qalırdı, ana sevgisi verirdi. Anamın şəhadəti xəbərini qürurla qarşıladıq.  Hərbçi olmaq fikrim var. Kiçik yaşlarımdan belə fikrim olub. Yəqin ki, anamın Vətənə bağlılığından belə bir istək məndə yaranıb. Şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq”.

 Müharibə zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərir, və onların həyatını xilas edir. 2020- ci ilin oktyabrın 23-də Qubadlıda gedən döyüşlər zamanı növbəti dəfə yaralı əsgərlərimizi atışma bölgəsindən çıxaranda aldığı güllə yarasından qəhrəmancasına şəhid olur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Həmçinin 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı  Florens Naytingelin  şərəfinə təsis olunan "Florence Nightingale" medalına layiq görülmüşdür.

 Vətən, xalq yolunda canını fəda edən, həyatını qurban verən igid oğullarımız və qızlarımızla fəxr edir, qürur duyuruq!. Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetirdilər. Şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları, fədakarlıqları isə heç zaman unudulmayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi