lider-media.az

Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır

Baxış: 56 Tarix: 13-04-2025, 19:40

Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır

Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır. Şuşa təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün bir bayraq, simvoldur.Bunu Şuşada jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar deyib.

H.Akar işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq və inkişafa görə qürur duyduğunu ifadə edib: “Həm yolboyu gələrkən, həm də Şuşada gördüklərimizdən böyük bir qürur duyduq. Gerçəkdən çox böyük inkişafın şahidi olduq. Prezident İlham Əliyevin qətiyyəti ilə burada sürətli inkişaf meydana gəlib. İşlər planlı, məqsədə uyğun şəkildə həyata keçirilir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi