lider-media.az

“İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub

Baxış: 129 Tarix: 13-04-2025, 17:59

Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr ediliib. Nəşrdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası haqqında geniş məqalə yer alıb. Çinli oxucular jurnaldakı yazılar vasitəsilə Azərbaycanın tolerantlıq ənənələrin, tarixi-mədəni irsi, o cümlədən Novruz bayramı adətləri, memarlıq nümunələri, ölkəmizin turizm potensialı haqqında məlumat əldə edə biləcək.

Qeyd edək ki, “İRS” jurnalının Çin dili versiyası (“Yichan”) çinli oxucuların Azərbaycan haqqında reallıqları ilk mənbədən Çin dilində oxuması baxımından böyük əhəmiyyət daşıyır. Jurnal çinlilərin Azərbaycanı daha da yaxından tanımaları üçün mükəmməl məlumat toplusudur.

Jurnalın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi