lider-media.az

Ceyhun Bayramov Burkina Fasonun XİN rəhbəri ilə görüşdü

Baxış: 142 Tarix: 12-04-2025, 20:34

Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Burkina Fasonun xarici işlər naziri Jan Mari Traore ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq imkanları, çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub. Ölkəmizin xarici siyasətində Afrika qitəsinə verilən önəm qeyd edilib, Qoşulmama Hərəkatına sədrliyimizin Afrika ölkələri ilə təmaslarımıza mühüm təkan verdiyi bildirilib. Bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində Afrika ölkələri, o cümlədən Burkina Faso ilə əməkdaşlığı davam etdirmək niyyətimiz ifadə olunub.

Müqabil tərəfə, həmçinin ölkəmiz tərəfindən xarici ölkələrdən tələbələr üçün yaradılan təqaüd proqramları barədə məlumat verilib, xüsusilə Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələr üçün xüsusi proqramların mövcudluğu qeyd edilib.

Qarşı tərəf Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi münasibətilə təbrik edib.Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi