Aprelin 11-də Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində məqalə dərc edən jurnallara dair hazırladığı ikinci Monitorinq Hesabatını təqdim edib.
Vəkillər Kollegiyasından Teleqraf-a verilən məlumta görə, müxtəlif qurumların nümayəndələrinin, hüquqşünas alimlərin və hüquq jurnallarının təmsilçilərinin iştirak etdiyi dəyirmi masada 152 hüquqşünas və 18 hüquq jurnalı arasında keçirilmiş elektron sorğunun nəticələri müzakirə olunub.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan ikinci monitorinq hesabatını tədbir iştirakçılarına təqdim edib və bildirib ki, İnstitut hüquq jurnallarının vəziyyətini araşdırmaqla yanaşı, həm də mövcud problemlərin həll olunmasını və jurnalların müasir elmi tələblərə cavab verən səviyyəyə çatdırılmasını hədəfləyib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov tədbirdə çıxış edərək ARVK tərəfindən təsis edilmiş “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının hüquq ictimaiyyəti üçün əhəmiyyətindən danışıb. Sədr qeyd edib ki, jurnal həm elmi-nəzəri, həm də praktik hüquqi məsələlərə dair dolğun məlumatlar təqdim edən və hüquqşünaslar arasında fikir mübadiləsi üçün vacib platforma rolunu oynayan mühüm nəşrdir.
Sorğu nəticəsində ən çox oxunan jurnallar sırasında “Azərbaycan vəkili” (57,2%), “Qanun” (38,8%), “Azərbaycan hüquq jurnalı” (37,5%), “Baku State University Law Review” (27,6%), “Beynəlxalq hüquq və inteqrasiya problemləri” (19,7%) və “İnjuria” (19,7%) jurnalları yer alıb.
Müzakirələr zamanı hüquq jurnallarının hazırkı vəziyyəti təhlil edilib, bu istiqamətdə maraqlı təkliflər səsləndirilib. Qeyd edək ki, ilk monitorinqin nəticələrindən sonra İnstitutun rəsmi saytında ölkədə nəşr olunan hüquq jurnallarının əlaqə vasitələrinin vahid platforması və hüquq jurnallarındakı məqalələr üzrə vahid axtarış bazası yaradılıb. Bazaya 18 jurnalda dərc edilmiş 1063 məqalə əlavə edilib. Bu da, öz növbəsində, oxucuların və məqalə dərc etmək istəyən müəlliflərin həmin jurnallara çıxışını və istifadəsini asanlaşdırır. Bununla yanaşı, jurnalların keyfiyyətinin artırılması məqsədilə İnstitut “Hüquq sahəsində elmi məqalələrin tərtib olunmasına dair Qaydalar”ı da geniş ictimaiyyətə təqdim edib.










Prezident İlham Əliyev Fərman imzaladı
Hüquq sahəsində məqalə dərc edən jurnallara dair ikinci Monitorinq Hesabatı təqdim olunub
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?