lider-media.az

Ölkəmizin yeni dünya nizamına töhfəsi

Baxış: 64 Tarix: 12-04-2025, 10:16

ADA Universitetində aprelin 9-da Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda ölkəmizin dünya siyasətindəki sülhsevər mövqeyi, müstəqil dövlətimizin yürütdüyü uğurlu və inamlı xarici siyasəti, həmçinin ölkəmizin gələcəkdə qlobal nizamın formalaşmasında, regional sabitliyin təmin edilməsində mühüm rol oynayacağı bir daha təsdiqləndi. Artıq yeddinci dəfə ölkəmizdə həyata keçirilən beynəlxalq siyasətin müzakirəsinə həsr olunan forumda Azərbaycanın enerji və ekoloji məsələlərdə fəal iştirakı bir daha nümayiş etdirilib. Eyni zamanda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu forum Azərbaycanın gücünün bir daha dünyaya nümayişi oldu.Mötəbər tədbirdə Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin regionda yaratdığı təhlükəsizlik mühitdən, inkişafdan danışıb:”Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir. Rektor H. Paşayevin qeyd etdiyi kimi, siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində - otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir”.

Bu gün regionda baş verən müsbət dəyişikliklərə Azərbaycanın təşəbbüskarlığı ilə reallaşır. Azərbaycandan gələn bütün tranzitin Gürcüstandan keçdiyini bildirən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi.
Forumda Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı layihələrdən də ətraflı bəhs edilib. Həyata keçirilən layihələr regionun enerji təminatında mühüm rol oynamaqla yanaşı, beynəlxalq əməkdaşlığı daha da gücləndirir. Azərbaycanın enerji siyasəti enerji ehtiyatlarının səmərəli paylanması ilə məhdudlaşmır, eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə əhəmiyyətli rol oynayır.
Qalib ölkəmizin Qalib Prezidenti İlham Əliyev müzakirələr zamanı böyük uzaqgörənliklə ölkəmizlə bağlı mühüm mesajlar verərək, geosiyasi reallıqlar fonunda Azərbaycanın beynəlxalq mövqeyini, təhlükəsizlik siyasətini qətiyyətlə nümayiş etdirdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi