lider-media.az

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində hazırda 70 şəxsə xidmət göstərilir

Baxış: 129 Tarix: 11-04-2025, 17:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 39 nəfər qəbul olunub.  Həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq şöbələrinə qəbul ediliblər. 

Onlardan bir hissəsi müəssisədə artıq sosial rebilitasiya kursunu başa vurub. Hazırda müəssisədə 26-sı qadın, 44-ü kişi olmaqla 70 şəxsə stasionar formada reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.  Onlardan 18 nəfəri uşaqlardır. 

Müəssisədə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyası həyata keçirilir.

Onlar burada sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, gündəlik qida normaları əsasında yemək, qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər.  

Müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır.
 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi