lider-media.az

Baş prokuror Kamran Əliyev Yevlaxda vətəndaş qəbulu keçirib

Baxış: 285 Tarix: 11-04-2025, 16:43

kamran-eliyev-yevlaxda-qebul-kecirdi

Baş prokuror Kamran Əliyev Yevlaxda vətəndaş qəbulu keçirib. Yevlax Rayon Prokurorluğunun inzibati binasında keçirilən qəbulda bu rayonla yanaşı Ağdam, Goranboy, Naftalan, Tərtər rayon, Mingəçevir şəhər və digər bölgələrdən olan vətəndaşlar iştirak edib. Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Qəbulda iştirak edən 41 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi