lider-media.az

Komitə sədri Astara rayonunda vətəndaşları qəbul edib

Baxış: 321 Tarix: 11-04-2025, 15:01

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 aprel 2025-ci il tarixində Astara rayonunda vətəndaşları qəbul edib.

Öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

Qəbul zamanı Lənkəran şəhəri, Lerik və Astara rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, işlə təminolunma, müalicə, əmlak bölgüsü və digər məsələlər yer alıb.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirak etdiyi qəbul zamanı qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi