lider-media.az

Bahar Muradova Xaçmazda vətəndaşları qəbul edib

Baxış: 47 Tarix: 3-03-2025, 16:17

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xaçmazda vətəndaşları qəbul edib.
Komitədən verilən məlumatda bildirilib ki, 3 mart 2025-ci il tarixində keçirilən qəbul zamanı Xaçmaz və Şabran rayon sakinlərinin müraciətləri dinlənilib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək, abidəsi önünə gül dəstələri qoyulub.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında alimentin ödənilməsi, sosial yardım, işlə təmin olunma, müalicə, əmlak bölgüsü və digər məsələlər yer alıb.
Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi