lider-media.az

Paytaxtın müxtəlif rayonlarında oğurluq edən 3 şəxs saxlanılıb

Baxış: 248 Tarix: 11-04-2025, 14:03

Binəqədi rayonu ərazisində bir nəfərə məxsus yardımçı təsərrüfatdan oğurluq edilməsi və nəticədə zərərçəkənə 14 min manat dəyərində maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 50 yaşlı B.Allahverdiyev və 35 yaşlı C.Quliyev müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən 380 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 53 yaşlı F.Vəliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi