lider-media.az

AZAL və Moldova nümayəndələri arasında görüş keçirilib

Baxış: 35 Tarix: 11-04-2025, 10:24


 “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Moldova Respublikası nümayəndə heyəti arasında görüş baş tutub.


 "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, görüşdə AZAL QSC-nin prezidenti Samir Rzayev, Moldova Respublikasının Baş nazirinin müavini, İnfrastruktur və Regional İnkişaf naziri, Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının həmsədri Vladimir Bolea, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Ülvi Baxşəliyev, eləcə də AZAL-ın və Moldova Respublikasının nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Moldova arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Hava əlaqələrinin inkişafı, müntəzəm sərnişin daşımalarının artırılması və aviasiya sahəsində gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZAL prezidenti Samir Rzayev görüş zamanı bildirib ki, artan tələbatdan irəli gələrək 2025-ci ilin aprel ayından etibarən Bakı–Kişineu–Bakı reyslərinin sayı həftədə 5 dəfəyə çatdırılıb. Cari ilin may ayında isə 7 dəfəyə, yəni gündəlik uçuşlara qədər artırılması planlaşdırılır.

Moldova nümayəndə heyətinin rəhbəri Vladimir Bolea və səfir Aleksandr Esaulenko AZAL ilə əlaqələri yüksək qiymətləndirərək Moldova tərəfinin əlaqələrin inkişafına hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Bakı–Kişineu–Bakı marşrutu üzrə müntəzəm uçuşlara 2023-cü ilin sentyabrında başlanılıb. 2024-cü ildə bu istiqamətdə 189 reys (gediş-dönüş) yerinə yetirilib və 49 636 sərnişin daşınıb. 2025-ci ilin ilk üç ayında isə 51 reys (gediş-dönüş) icra olunub ki, bu istiqamət üzrə 12 180 sərnişin daşınıb.

Hər iki tərəf reyslərin artırılmasının sərnişinlər üçün əlavə rahatlıq yaradacağına, Azərbaycan və Moldova arasında iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafına da töhfə verəcəyinə əminliklərini ifadə edib.

Görüşdə həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

 

 

 

pinterest sharing button
email sharing button
whatsapp sharing button
messenger sharing button
odnoklassniki sharing button
livejournal sharing button
linkedin sharing button
sharethis sharing button



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi