lider-media.az

BDYPİ-dən xəbərdarlıq: Küləkli hava fəsadlara yol aça bilər!

Baxış: 154 Tarix: 11-04-2025, 10:01

Sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevr və ya kəskin tormozlamadan çəkinmək, zərurət olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına ünvanladığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçıları yola çıxarkən ehtiyatlı olmalı, qaydalara ciddi riayət etməlidir.

Vurğulanıb ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara üstünlük verilməlidir.

Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti aprelin 12-dək davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi