lider-media.az

Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olunub - VİDEO

Baxış: 427 Tarix: 10-04-2025, 20:44

Aprelin 10-da Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 33-cü ildönümü münasibətilə Hərbi Polis İdarəsində tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyularaq xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Daha sonra idarədə davam etdirilən tədbirdə Ulu Öndərin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edən Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimov hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müsbət qiymətləndirildiyini qeyd edib. Baş İdarə rəisi hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.
Tədbir iştirakçılarına hərbi polisin yaranma tarixi və fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonda komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi