lider-media.az

"Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib

Baxış: 169 Tarix: 10-04-2025, 20:31

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə cari ildə keçiriləcək "Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı olub.
Tədbirdə Qazaxıstan Respublikasının Dəniz Qüvvələri Baş Komandanının birinci müavini - Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Görüşün sonunda Xəzər dənizinin Qazaxıstan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimə aid konfransın yekun protokolu imzalanıb.
Qeyd edək ki, təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi