lider-media.az

Nardaranda bağ evlərindən 150 min manatlıq oğurluq edən şübhəlini polis saxlayıb

Baxış: 93 Tarix: 10-04-2025, 16:01

Sabunçu rayonu Nardaran qəsəbəsində bağ evlərindən oğurluq edən şübhəli şəxs tutulub. 

DİN-n Mətbuat Xidmətindən verilən məlumatda bildirilib ki, iki evdən 150 min manat dəyərində qızıl, kameranın yaddaş qurğusu, noutbuk və digər dəyərli əşyaların oğurlanması üzrə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsi müəyyən ediblər. Cinayəti törədən şəxs - əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Seymur Talıbov saxlanılıb. O, ifadəsində qeyd edilən əməli törətdiyini və qızıl-zinət əşyalarını hissələrə ayıraraq satmağı planlaşdırdığını etiraf edib. 

Polis əməkdaşları tərəfindən S.Talıbovun oğurladığı əşyaların bir hissəsi gizlədilən yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Talıbovun digər analoji cinayətlərdə iştirakının olub-olmamasını müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi