İcma hesab edir ki, ali komissarın səsləndirdiyi fikirlər onun regiondakı mürəkkəb humanitar vəziyyətdən, xüsusən də yüz minlərlə azərbaycanlının Ermənistandakı tarixi dədə-baba yurdlarından zorla qovulması və onların geri qayıtmaq hüququ kimi fundamental məsələlərdən ya tamamilə xəbərsiz olduğunu, ya da birtərəfli mövqeyini göstərir. Həmçinin beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəsi kimi həssas bir sahədə fəaliyyət göstərən mötəbər bir qurumun rəsmisinin obyektivlik və qərəzsizlik prinsiplərinə sadiqliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olur.
Qərbi Azərbaycan İcması bəyanatında xüsusi olaraq vurğulayır ki, ali komissarın ermənilərin Azərbaycana mümkün qayıdışı məsələsinə toxunduğu halda, eyni həssaslıqla Ermənistandan deportasiya edilmiş azərbaycanlıların öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə geri dönmək hüququndan bəhs etməməsi qətiyyən qəbuledilməzdir. Bu selektiv yanaşma, insan hüquqlarına zidd olmaqla yanaşı, bölgədə davamlı sülh və barışığın əldə edilməsi istiqamətində göstərilən səylərə də kölgə salır. İnsan hüquqları heç bir siyasi mülahizə, etnik və ya dini mənsubiyyət fərqi qoyulmadan hər kəs üçün eyni dərəcədə təmin edilməlidir. Ali komissarın vəzifəsi bütün tərəflərin hüquqlarını qorumaq olduğu halda, onun birtərəfli açıqlamaları Avropa Şurasının bu sahədəki nüfuzuna xələl gətirir.
Qərbi Azərbaycan İcması ali komissarı insan hüquqlarına münasibətdə bəzi Qərb təsisatlarında müşahidə olunan və dərin kök salmış ikili standartlar siyasətinin girovuna çevrilməməyə çağırır. Bu çağırış sadəcə öz yurd həsrəti ilə yaşayan yüz minlərlə insanın deyil, eyni zamanda beynəlxalq hüququn fundamental prinsiplərinin və ədalətin müdafiəsi naminə ucaldılan bir səsdir. Qərbi azərbaycanlıların qayıdış hüququ Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya kimi beynəlxalq sənədlərlə təsbit olunub. Bu amilin reallaşması üçün beynəlxalq birliyin, xüsusilə Avropa Şurasının fəal dəstəyi və Ermənistan üzərində müvafiq təzyiqi həlledici əhəmiyyət kəsb edir. Ali komissarın bu məsələni gündəmdən kənarda saxlaması Ermənistanın beynəlxalq öhdəliklərindən yayınmasına şərait yaradır.
İcma, həmçinin, ali komissarı Bakıda davam edən məhkəmə prosesləri ilə bağlı proseslərə təşviq edən və ya Azərbaycanın suveren ədalət mühakiməsi sisteminə müdaxilə kimi qiymətləndirilə biləcək bəyanatlardan çəkinməyə dəvət edir. İcmanın mövqeyinə görə, ali komissar diqqətini Ermənistanın öz ərazisindəki hərbi cinayətkarları məsuliyyətə cəlb etməsinə yönəltməlidir. Xüsusilə 33 il əvvəl törədilən Ağdaban faciəsinin günahkarlarının hələ də cəzasız qalması faktı qabardılmalıdır. Kəlbəcər rayonunun Ağdaban kəndində erməni silahlı dəstələri tərəfindən onlarla günahsız insanın, o cümlədən qadınların, uşaqların və yaşlıların vəhşicəsinə öldürülməsi, kəndin tamamilə yandırılması insanlığa qarşı cinayətlərin unudulmaz nümunələrindəndir. Ermənistan tərəfindən törədilmiş bu kimi çoxsaylı hərbi cinayətlərin icraçılarının və təşkilatçılarının Ermənistanda sərbəst yaşaması, beynəlxalq hüquqa ziddir. Ali komissarın Ermənistan hökumətini bu cinayətləri təhqiq etməyə və günahkarları məhkəmə qarşısına çıxarmağa çağırması, onun insan hüquqlarının müdafiəsi sahəsindəki səmimiyyətini və obyektivliyini göstərərdi. Cəzasızlıq mühitinin davam etməsi regionda etimadın bərpasına və davamlı sülhə nail olmağa ciddi əngəl törədir.
İcmanın bəyanatında Ermənistanın keçmiş və indiki siyasi elitasının azərbaycanlılara qarşı nifrət və düşmənçilik aşılayan ritorikasına da xüsusi yer verilir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın vaxtilə səsləndirdiyi "Azərbaycanlıları qovmaqla 600 illik tarixi məqsədə nail olduq" ifadəsi etnik təmizləmə siyasətinin dövlət səviyyəsində həyata keçirildiyinin və hətta bunun bir nailiyyət kimi təqdim edildiyinin açıq etirafıdır. Yüz minlərlə insanın faciəsini "tarixi məqsəd" adlandırmaq beynəlxalq hüquqa və humanizm prinsiplərinə tamamilə ziddir. Qərbi Azərbaycan İcması ali komissardan bu cür təhlükəli bəyanatlara sərt reaksiya verməsini və onun müəllifindən izahat tələb etməsini gözləyir. Belə nifrət dolu ritorikanın beynəlxalq səviyyədə qınanmaması, təkcə keçmişdəki cinayətləri cəzasız qoymur, həm də gələcəkdə oxşar faciələrin təkrarlanması riskini artırır.
Qərbi Azərbaycan İcması ali komissara konkret və konstruktiv təklif də verir. Ermənistana rəsmi səfər etmək. Bu səfərin iki əsas məqsədi olmalıdır. Birincisi, Ermənistan ərazisində əsrlər boyu Azərbaycan xalqı tərəfindən yaradılmış, lakin indi ya tamamilə məhv edilmiş, ya təyinatı dəyişdirilmiş, ya da acınacaqlı vəziyyətdə olan zəngin dini-mədəni irsin vəziyyətini yerindəcə monitorinq etmək. Tarixi mənbələr və şahid ifadələri təsdiq edir ki, XX əsrdə, xüsusilə də 1988-1991-ci illərdə kütləvi deportasiyalar zamanı və ondan sonra Ermənistandakı Azərbaycanlılara aid yüzlərlə məscid, qəbiristanlıq, karvansara, qala və digər abidələr məqsədyönlü şəkildə dağıdılıb və ya erməniləşdirilib. İrəvandakı tarixi Azərbaycan məhəllələri yerlə-yeksan edilib. Bu, bütün bəşəriyyətin mədəni irsinə qarşı yönəlmiş vandalizmdir. Ali komissarın bu faktları yerində araşdırması, dağıdılmış abidələrin qalıqlarını görməsi və bu barədə obyektiv hesabat hazırlaması beynəlxalq ictimaiyyətin məlumatlandırılması və Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün mühüm addım olardı.
Səfərin ikinci vacib məqsədi isə Ermənistan cəmiyyətində, xüsusilə də mediada və ictimai diskursda azərbaycanlılara qarşı dərin kök salmış və geniş yayılmış etnik nifrət hallarını araşdırmaqdır. Azərbaycanlıların "düşmən" obrazının formalaşdırılması, tarixi faktların təhrif edilərək gənc nəsillərə aşılanması iki xalq arasında barışıq prosesinə ciddi zərbə vurur və regionda gərginliyi körükləyir. İrqi ayrı-seçkiliyə və nifrətə təhrik beynəlxalq hüquqla qadağandır və Avropa Şurasının İrqçilik və Dözümsüzlüklə Mübarizə üzrə Avropa Komissiyası kimi strukturları bu məsələyə xüsusi diqqət yetirməlidir. Ali komissar Ermənistanda vətəndaş cəmiyyəti, media və rəsmi dairələrlə görüşərək bu sahədəki vəziyyəti qiymətləndirməsi və nifrət təbliğatının qarşısının alınması üçün konkret tövsiyələr verməsi zəruridir.
Qərbi Azərbaycan İcmasının Avropa Şurasının ali komissarına çağırışları çox ciddi və əsaslıdır. Regionda sülhün bərqərar olması yalnız bütün tərəflərin hüquqlarına hörmət edildikdə, tarixi ədalət bərpa olunduqda və keçmişin cinayətləri cəzasız qalmadıqda mümkündür. Avropa Şurası bu prosesdə konstruktiv və bitərəf rol oynamalı, Qərbi Azərbaycan İcmasının səsini eşitməli və onların öz yurdlarına qayıtmaq hüququnun təmin olunmasına dəstək verməlidir.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Ağsaqqallar Şurasının üzvləri Qərbi Azərbaycan İcmasına toplandı
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?